Axşam saatlarında Astara rayonunun Çayoba kəndi ərazisində yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hərəkətdə olan avtomobil piyada Nazim Zahir oğlu Baxşıyevi vurub.
Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakt araşdırılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu