ADY strateji məhsulların daşınması üçün mühüm əhəmiyyət kəsb edən Bakı yük stansiyasının Əhmədli sahəsində əsaslı təmir-bərpa işləri aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
“Görülmüş işlər çərçivəsində stansiyanın inzibati binası, post binası, istehsalat otaqları yenilənib, modul tipli xidmət məntəqələri quraşdırılıb və digər lazımi infrastruktur məntəqələri yenidən qurulub, həmçinin əməliyyatlar rəqəmsallaşdırılıb. Hazırda Bakı yük stansiyasında ölkə üzrə daşınan neft və neft məhsullarının 40%-i qəbul edilir və aidiyyəti üzrə yönləndirilir”, - deyə məlumatda qeyd olunub.


Bizim.Media