Azərbaycanda qadınlar arasında sonsuzluq problemi daha da artıb.
Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2023-cü ildə 2026 nəfər qadına ilk dəfə sonsuzluq diaqnozu qoyulub.
Qeyd edək ki, 2022-ci ildə qadın sonsuzluğu ilə 1688 nəfər qadına diaqnoz qoyulub. 2021-ci ildə isə bu rəqəm 1458 nəfərə bərabər olub. Bu da qadın sonsuzluğunun ilbəil artdığını göstərir.
Nuray, Bizim.Media