Lənkəranda son günlərin güclü yağışları Veravulçayın daşmasına səbəb olub və bu daşqın Vilvan kəndində ciddi fəsadlar yaradıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, çay daşdıqdan sonra təbii fəlakət torpağın sürüşməsi ilə müşayiət olunaraq 10-a yaxın ailənin evlərini təhlükə altına salıb.
Sel suyu təsərrüfat sahələrinə böyük zərər vuraraq, sakinlərin min bir zəhmətlə becərdikləri meyvə və sitrus ağaclarını, parnikləri yuyub aparıb. Təxminən 15-20 metr torpaq qatı axınla sürüşərək, bəzi sahələrdən ümumilikdə 100 sota yaxın torpaq tamamilə itirilib, bu isə kənd sakinlərinin həyatına və təsərrüfatlarına ağır zərbə vurub.


Sabutay, Bizim.Media, Cənub bürosu