Ucuz qiymətə “yüksək sürətli” İNTERNET - Provayderlərlə bağlı şikayətlər nə vaxt həll olunacaq?

Azərbaycanda vətəndaşlar hələ də internetin keyfiyyətindən, sürətindən və provayderlərin problemə laqeyd yanaşmasından şikayətçidirlər. Sosial şəbəkələrdə hər gün müxtəlif adda fəaliyyət göstərən internet provayderlərinin yarıtmaz fəaliyyəti pislənir. İnsanlar iddia edirlər ki,  internetin sürəti onlara vəd edildiyi kimi deyil, bəzi hallarda isə internetin verilişi saatlarla, günlərlə tamamilə dayandırılır.
 

MÖVZU İLƏ BAĞLI:

Qatarlarda ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə BAŞLANILIR


Problem nə qədər qaldırılsa da, belə şikayətlərin ardı-arası kəsilmir.

Xüsusilə, vətəndaşlar avqust ayında internetin minimum tariflərinin artırılmasından sonra onlara qiymətə uyğun xidmət göstərilməsini tələb edirlər.

Xatırlatmaq yerinə düşər ki, avqustun 15-dən etibarən Azərbaycanda minimum internet paketinin qiyməti 25 manat olub. “Aztelecom”un yaydığı məlumatda bildirilir ki, əvvəl 18 manata 40 Mbits sürət təklif olunurdu, avqust ayından etibarən isə GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıb. Yəni sürət və keyfiyyət artıb, hər meqabayta düşən məbləğ isə əksinə azalıb.

Bəs qurumun dediyi kimi, ucuz qiymətə “yüksək sürətli” internet alan vətəndaşlar kimə müraciət etsinlər? Provayderlər vətəndaşa niyə normal xidmət göstərmirlər?

Mövzu ilə əlaqədar Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, problemin kökü inhisarçılıqdadır:

“Bizdə problem provayderlərdən daha çox mərkəzləşdirilmiş internetin paylanma məsələsindədir. Yəni burada bəlli inhisarçılıq var, bir şirkət ölkəyə interneti gətirir və provayderlərə satır. Ondan sonra provayderlər də həmin yanaşma ilə aldıqları interneti əhaliyə satırlar. Yəni inhisarçılıq məsələsinə son qoyulmasa, müxtəlif mənbələrdən internetin provayderlər tərəfindən alınmasına şərait yaranmasa, təəssüf ki, bu problemin həlli də mümkünsüz görünür”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Ən təvazökar hesab edilən 4 BÜRC

Ən təvazökar hesab edilən 4 BÜRC

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

End of content

No more pages to load

RADİO