BİZİM TƏQVİM: 30 oktyabrda baş vermiş tarixi hadisələr

2020-ci ilin bu günündə Azərbaycanıın  Silahlı Qüvvələri Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini Ermənistanın işğalından azad edib.
 

MÖVZU İLƏ BAĞLI:

BİZİM TƏQVİM: 29 oktyabrda baş vermiş tarixi hadisələr


Bəs, oktyabrın 30-da daha hansı hadisələr baş verib?

1. 30 oktyabr 1905-ci ildə aspirin dərmanı ilk dəfə satışa çıxarılıb. Alman kimyaçısı Feliks Hofman tərəfindən 1897-ci ildə sintez edilən Aspirin 1899-cu ildə patent alıb. 

2.  30 oktyabr 1918-ci ildə İngiltərə, Fransa, Rusiya və İtaliyaya qarşı başlatdığı Birinci Dünya müharibəsində məğlub olan Osmanlı ilə Antanta dövlətləri arasında Mondoros mütarikəsi imzalandı. Bununla da Osmanlı ordusu silahları buraxdı, İstanbul başda olmaqla Osmanlı torpaqlarının və Anadolunun işğalı dövrü başlandı.

3.  30 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin ilk hökuməti Cümhuri-rəisi Mustafa Kamal Atatürkün baş nazir olaraq təyin etdiyi İsmət İnönü tərəfindən quruldu. Hökumət Türkiyə Böyük Millət Məclisində etimad səsi aldı.

4. 30 oktyabr 1938-ci ildə Orson Velsin radioya uyğunlaşdırdığı və marslıların dünyanı işğal etdiyini şərh edən “Dünyalar müharibəsi” oyunu ilk yayım günü ABŞ-da ölkə miqyasında panikaya səbəb oldu.

5.  30 oktyabr 1961-ci ildə türklərin Almaniyaya köç etməsini başladan işçi qəbuluna dair saziş Türkiyə ilə Almaniya rəsmiləri arasında imzalandı.

6.  30 oktyabr 1961-ci ildə SSRİ Yeni Torpaq adasında tarixdə ən güclü hidrogen bombası sınağını keçirdi.

7. 30 oktyabr 1967-ci ildə tarixdə ilk dəfə iki kosmik gəmi ("Kosmos -186" və "Kosmos- 188") açıq fəzada birləşib.

8. 1974-cü ilin bu günündə Məhəmməd Əli boks üzrə dünya çempionu olub.

9. 30 oktyabr 1979-ci ildə Vyetnamda güclü musson yağışları nəticəsində 293 adam həlak oldu.

10. 30 oktyabr 1973-cü ildə Boğaziçi körpüsü (15 iyul şəhidlər körpüsü) dövlət başçısı Fahru Korutürk tərəfindən istifadəyə verildi.

11. 30 oktyabr 1983-cü ildə Ərzurum və Qars şəhərlərində baş verən zəlzələdə 1330 insan həlak oldu.

12. 30 oktyabr 2015-ci ildə Dünya qitələrarası ağır çəkidə boks çempionu olan Sinan Şamil Sam qara ciyər çatışmazlığı səbəbindən müalicə olunduğu xəstəxanada dünyasını dəyişdi.

14. 30 oktyabr 2017-ci ildə “Dəmir İpək Yolu” - Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. 

Oktyabrın 30-da bu şəxsiyyətlər xatırlanır:

1. 30 oktyabr 1880-ci ildə məşhur tarzən, Xalq artisti Qurban Pirimov (1880 – 29.8.1965)  doğulub. Xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.

2.  30 oktyabr 1907-ci ildə jurnalist, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Adil Əfəndiyev (1907-1973)  doğulub. Respublika Jurnalistlər Birliyinin ilk sədri olub. Rusca-azərbaycanca üçcildlik lüğətin tərtibçisidir, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.

3.  30 oktyabr 1928-ci ildə tanınmış sənətşünas alim, akademik Rasim Əfəndiyev (1928 – 13.2.2010) doğulub. “Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, “Azərbaycan daş plastikası” kitabları xarici dillərə tərcümə olunub. AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib.

4.  30 oktyabr 2005-ci ildə Xalq artisti, müğənni, bəstəkar Məmmədbağır Bağırzadə (21.7.1950 – 2005) vəfat edib. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı həm də bir sıra populyar mahnıların müəllifi olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Ən təvazökar hesab edilən 4 BÜRC

Ən təvazökar hesab edilən 4 BÜRC

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

End of content

No more pages to load

RADİO