Təhlükəyə çevrilən HƏYAT MƏNBƏYİ – 20 litrlik suları Kürdən doldururlar?

Su həyat mənbəyidir. Amma bunu bütün içməli sulara şamil etmək çətindir. Özəlliklə mağazalarda satışa çıxarılan suların plastik qablarda olması narahatlıq doğurur. Plastik şüşələrdəki steril, mineral tərkibli olduğunu düşünürək aldığımız suların nəinki içməyə, hətta məişətdə istifadyə də yararsız olduğu bildirilir.

Polietilen torbaların təbiətə və sağlamlığımıza ziyanı ilə bağlı həyəcan təbili çalan ekoloqlar plastik qabların da bir o qədər zərərli və ziyanlı olduğunu bildirilər.

Ekoloq Ənvər Əliyev Bizim.Media-ya bildirib ki, plastik qablarda içməli, xüsusilə də mineral suların satılması məqsədəuyğun deyil:

“Bu, hər şeydən əvvəl səhhətimizə ziyandır, sanitar-epidemioloji normalara ziddir. Özəlliklə mineral suların tərkibindəki bəzi kimyəvi birləşmələr plastik materialların təsirindən dəyişə bilər. Xüsusilə də onlar isti günün altında saxlanılanda problem yarada bilər.

Məsələn, 20 litrlik plastik qabların təkrar emal müddəti var. Yanılmıramsa bu, 50 dəfədən artıq olmalı deyil. Bundan başqa satışda içməli mineral sular da var ki, onların həqiqətən mineral su olub-olmadığı şübhə doğurur. Tərkibinin nə olduğu bilinmir. 20 litrlik su qablarını adətən, Kür suyu ilə doldururlar. Kür çayında da pestisidlər, herbisidlərdən başlamış müxtəlif növ kimyəvi maddələrin, mineral gübrələrin qalıqlarınadək xeyli ziyanlı  birləşmələr var. Onlar da plastik qablara yığılıb uzun müddət saxlanılanda problem yaradır”.

Ekoloq deyir ki, polietilen torbalarla birgə plastik qablardan da imtina etmək lazımdır:

“Ümumiyyətlə, plastik qabların istifadəsi tamamilə aradan qalxmalıdır. Polietilen məhsullar kimi, plastik qabların da təbiətdə təbii yolla məhv olması üçün yüzlərlə il lazımdır. Çünki onlar olduqca möhkəm molekulyar tərkibə malikdir. Ona görə bu məhsulların tullantıları ciddi problemlər yaradır. Özəlliklə iaşə müəssisələrində bunun atıqları həddən artıq çox olur. İnsanların onları çökəkliklərə, dərələrə tullaması problemlər yaradır. Ən böyük tullantılar isə dənizə və okeanlara atılır. Bu səbəbdən də plastik kütlədən olan qabları mütləq sıradan çıxarmaq lazımdır”.

Ekoloq xatırladır ki, sovet dönəmində də plastik şüşələrdən istifadə qadağan idi:

“O zamanlarda içməli, xüsusilə də mineral sular plastik qablarda satılmazdı. İndi Avropada bu, tətbiq olunur. Çalışırlar ki, sular əsasən şüşə qablarda satışa çıxarılsın. Plastik şüşələrin təbiətə dönüşü çətin olduğu üçün artıq alimlər onlardan yararlı məqsəd üçün istifadə yolları axtarırlar.

Bildiyim qədərilə, Norveç alimləri o məhsullardan hidrogen almağa başlayıblar. Ümid edirəm, tezliklə bu, kütləvi hal alacaq. Çünki gələcəkdə avtomobil yanacağı kimi hidrogenə ehtiyac duyulacaq”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Ən təvazökar hesab edilən 4 BÜRC

Ən təvazökar hesab edilən 4 BÜRC

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

End of content

No more pages to load

RADİO