Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Soltannuxa kəndi ərazisindən keçən hissəsində yol qəzası olub.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 29-da saat 15 radələrində Ruslan Cabbarov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1997-ci il təvəllüdlü Nurlan Abbasəliyevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bizim.Media