2500-dən çox azyaşlı ABORT etdirib – Bəs onlarla münasibətdə olan şəxslər CƏZALANDIRILIRMI?

Azərbaycanda 15-19 yaş qrupları arasında abort etdirənlərin sayı kəskin artıb. Belə ki, Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə abortların 2080-i 15-19 yaş aralığında qeydə alınıbsa, 2023-cü ildə bu rəqəm 2596 olub. Abortların ümumi sayında da kəskin artımın olması həyəcan təbili çalır. Amma yetkinlik yaşına çatmayanlar arasında xüsusilə geniş yayılması cəmiyyətdə narahatlıq doğurmalıdır. Məsələnin həm hüquqi tərəfləri, həm də orqanizmə olan ziyanlarını diqqətdən yayınmamalıdır.

Erkən yaşda abort orqanizmə necə təsir edir?

Cərrah, mama-ginekoloq Təranə Həsənova Bizim.Media-ya erkən yaşda abortun fəsadlarından danışıb. Onun sözlərinə görə, abortun fəsadları onsuz da kifayət qədər çoxdur. Amma bu fəsadların hər birinin yetişməmiş bədəndə baş verməsi ehtimalı daha yüksəkdir:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 15-19 yaş arasında 2596 abort QEYDƏ alınıb - Dəhşətli STATİSTİKA - VİDEO


“Hamiləliyin özü yetişməmiş orqanizm üçün çox böyük travmadır. Orqanizm bunun altından çətin çıxır. Abortun erkən yaşda olmasının fəsadları çoxdur. Burada söhbət həkimin səhvindən getmir, yetişməmiş orqanizmdən gedir, hamiləliyə hazır olmayan uşaqlıqdan gedir. Iltihab  və abortdan sonra qanaxma riski həddindən artıq yüksək olur. Uşaqlıq öz əvvəlki həcmini bərpa edə bilmir. Əzələlər azyaşlılarda yığıla bilmir, nəticədə iltihab törədir. Abort zamanı uşaqlığın selikli qişasında bitişmələr yarana bilir, hansı ki, onu sinexiya adlandırırıq. Erkən yaşda abort sinexiyalar üçün münbit zəmin yaradır. Bu bitişmələr növbəti hamiləlik üçün çox ciddi fəsad yarada bilir, yəni hamiləliyə imkan vermir”.

Riskli hamiləlik

Ginekoloq erkən yaşda abortun gələcəkdə hamiləlik üçün riskli ola biləcəyini vurğulayıb:

“Erkən yaşda abort edib bir neçə il sonra hamilə qalarsa, hamiləliyin özündə fəsadlar baş verir. Bunun da ən başlıca səbəbi birinci hamiləliyin abortla nəticələnməsi olur. Erkən düşüşlər və ya erkən doğuşlar baş verir, hamiləliklə bağlı olan bir çox fəsadlar sırf erkən abortdan sonra baş verə bilər”.

Yetkinlik yaşına çatmayanların abort etdirməsi hansı hüquqi məsuliyyət yaradır? Xəstəxana və abortu edən həkimlər polisə müraciət etməlidirlərmi?

Məsələnin qanuni tərəflərinə gəlincə isə, bu abortlar ictimaiyyətə açıqlanmasa da, qanunvericilikdə yetkinlik yaşına çatmayanların hamilə qalması ilə bağlı bir çox cəzalar mövcuddur.

Hüquqşünas Aydan Rəhimli Bizim.Media-ya açıqlamasında sözügedən məsələ ilə bağl nin hüquqi prosesindən danışıb. 

“Təbii ki, yetkinlik yaşına çatmayanların abortu üçün qadın məsləhətxanalarına müraciət edildikdə müvafiq araşdırma aparılır. Çünki yetkinlik yaşına çatmayan şəxsin hamiləliyinə son qoyulduqda onun qanuni nümayəndəsinin, ya himayədarının icazəsi tələb olunur. Bununla bağlı artıq araşdırma aparıldıqda polisə məlumat verilir və aidiyyəti üzrə digər hüquq mühafizə orqanlarına, istintaq orqanlarına məlumatlar ötürülür”.

Yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olanları hansı cəzalar gözləyir?

Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağın cəzası mövcuddur. Hüquqşünas bu cəzaları sadalayıb:

“Cinayət Məcəlləsində 14 və 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağa görə cəzalar nəzərdə tutulub. Belə ki, 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmağa görə 3 ilə qədər müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, ya edilməməklə 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Eyni əməllər 12 yaşına çatmış, lakin 14 yaşına çatmayan şəxs barədə törədildikdə 3 ilə qədər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzaları var”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Niyə "ah" çəkirik?

Niyə "ah" çəkirik?

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Bakıdan Xankəndiyə qatarla getmək mümkün olacaq – RƏSMİ AÇIQLAMA/VİDEO

Bakıdan Xankəndiyə qatarla getmək mümkün olacaq – RƏSMİ AÇIQLAMA/VİDEO

Maksimum nəticə əldə edən şagird: Gündə 7 saat dərs oxuyurdum

Maksimum nəticə əldə edən şagird: Gündə 7 saat dərs oxuyurdum

“Real” dalaşan futbolçuları 500 min avro CƏRİMƏLƏDİ

“Real” dalaşan futbolçuları 500 min avro CƏRİMƏLƏDİ

End of content

No more pages to load

RADİO