Mingəçevir şəhərində Qarabağ su kanalının yaxınlığında meyit aşkar olunub.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində tapılan meyitin Mingəçevir şəhər sakini, 1978-ci il təvəllüdlü Ramil Ağali oğlu Həsənova məxsus olduğu müəyyən edilib.
Bildirilib ki, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media