Uşaqların da aludə olduğu BƏLA – Elektron siqaretlərin QORXUNC ZƏRƏRLƏRİ

Daha bir ölkədə Böyük Britaniyada elektron siqaretdən istifadə qadağan ediləcək. Bu barədə ölkədə yeni qanun imzalanacaq. Belə ki, gələn ilin iyun ayından etibarən birdəfəlik elektron siqaretlərdən istifadənin məhdudlaşdıracağı bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR 


Məlumata görə, İrlandiya və Belçika da oxşar qadağalar tətbiq etməyi planlaşdırır.

Aparılan elmi tədqiqatlar göstərir ki, bəzi elektron siqaretlərin tüstüsündə toksik maddələrin səviyyəsi siqaret qədər olur. Həmin zərərli maddələrin hüceyrədaxili təsiri ola və onlar da xərçəng xəstəliyinə yol aça bilər. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı SOS verib.

Bir müddət əvvəl ÜST dərslərdə, küçədə oyun vaxtı və ya məktəb avtobusunu gözləyərkən adi və elektron siqaret çəkməyi qadağan etməyə çağırıb və xəbərdarlıq edib ki, gənclər hələ ki, tütün və nikotin məmulatları üzrə marketinq auditoriyasının əsas hədəflərindən biridir.

Nəzərə alaq ki, bu vaxtadək dünyanın 34 ölkəsində elektron siqaretdən istifadə qadağan edilib.

MDB məkanında isə hələlik Qazaxıstan bu qadağanı tətbiq edib. Lakin ölkəmizdə nədənsə bu məsələ ictimai müzakirədən yayındırılır. Hətta elektron siqaretin zərərli olmadığı ilə bağlı fikirlər də səsləndirilir.

Elektron siqaretin hansı fəsadları var?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən tanınmış həkim Abbas Bağırov deyib ki, bəzi adamlar əhali arasında “elektron siqaretlər zərərsizdir” kimi fikir formalaşdırır:

“Amma, çox təssüf ki, real vəziyyət heç də belə deyil. Elektron siqaretlərin tərkibində bir sıra kimyəvi birləşmələr var ki, onlar bilavasitə ağciyər xərçənginin, ürək infarktının və bir sıra sağalmaz xəstəliklərin yaranmasına səbəb olur. Bu fikir Amerika alimlərinin canlılar üzərində aparılan elmi tədqiqatları nəticəsində öz təsdiqini tapıb və ABŞ da elektron siqaretlərin istifadəsinə qanunla qadağa qoyulub. 

Xatırladım ki, hər il siqaret çəkməyin orqanizmdə yaratdığı fəsadların təsirindən yer kürəsində yaşayan insanların səkkiz milyonu həyatını itirir. Statistik göstəricilər elektron siqaretlərin istifadəçiləri arasında da ölüm faizinin eyni templə artdığını təsdiqləyir”. 

“Uşaqlarımızı hər vəchlə bu bəladan uzaq tutmalıyıq”

Müsahibimiz elektron siqaretlərin tərkibində olan qliserin və propilenqlikol kimi kimyəvi maddələrin qızaraq tüstü əmələ gətirdiyini deyib:

“Unutmayın, əgər elektron siqaretin tərkibində nikotin varsa, həmin nikotin doymuş hala keçərək daha zərərli xarakter alır, yoxdursa göstərdiyimiz digər birləşmələr aromatizatorlarla kimyəvi reaksiyaya girərək yeni zəhərli kimyəvi birləşmə əməl gətirir. Həmin birləşmələr isə öldürücü təsirə malikdir. 

Bundan başqa, elektron siqaret istifadəçilərinin ağız boşluğu selikli qişasında, dişlərində, yuxarı və aşağı tənəffüs yollarında qaraciyər və mədə-bağırsaqlarında, oynaq və endokrin sistemlərində ciddi fəsadların ortaya çıxmasının dəfələrlə şahidi oluruq. Sinir sistemlərində isə müxtəlif psixi, nevroloji, psixo-nevroloji pozulmalar baş verir. Ona görə də uşaqlarımızı hər vəchlə bu bəladan uzaq tutmalıyıq”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Ən təvazökar hesab edilən 4 BÜRC

Ən təvazökar hesab edilən 4 BÜRC

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

End of content

No more pages to load

RADİO