Bakıda qadının zorla avtomobilə mindirilməsinə dair görüntülər yayılıb.
Bizim.Media "unikal.az"a istinadən xəbər verir ki, görüntülər Yasamal rayonu, MİDA yaşayış kompleksində lentə alınıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli "Unikal"a bildirib ki, görüntülərlə bağlı ərazi polis orqanında araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
Bizim.Media