Gəncədə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə oktyabrın 28-də şəhərin mərkəzi küçəsində baş verib.
“Mercedes Sprinter” markalı avtomobil yolu qarşı tərəfə keçən piyada, 1988-ci il təvəllüdlü V.
Əliyevi vurub. Müxtəlif dərəcəli bədən xasarətləri ilə xəstəxanaya çatdırılan zərərçəkənin həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. FAktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu