Lənkəranın Ürgə kəndində gecə saatlarında baş verən insident zamanı 5 nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin məlumata görə, hadisəyə tərəflərdən birinin kənd yolunda avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.
Qarşı tərəf avtomobili dayandıraraq buna etiraz edib, nəticədə tərəflər arasında münaqişə yaranıb. Münaqişə zamanı gənclərdən biri vurularaq yol kənarındakı dəmir məhəccərə çırpılıb və döş qəfəsindən xəsarət alıb. Davada xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Sabutay, Bizim.Media, Cənub bürosu