Xaçmazda göbələkdən iki nəfər zəhərlənib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Seyidli kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri - İlahə Bayramova və Günel Abdullayeva yaxınlıqdakı meşə massivində mövsümi göbələk yeyiblər.
Gecə vəziyyətləri pisləşib və Xaçmaz rayon mərkəzi xəstəxanasına aparılıblar.
İlk yardımdan sonra qadınlar Bakıya aparılarkən İlahə Bayramova yolda vəfat edib.
Faktı Xaçmaz rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu