Goranboyda yanğın baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
Ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağı, dəhlizi, hamamın tavanı 41 m² sahədə yanıb. Bundan başqa hadisə zamanı dam örtüyü 120 m² sahədə yanıb. Yanğın baş verən ünvana Goranboy rayon Yanğından Mühafizə İdarəsinin texnikası və əməkdaşları cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu