İş qəzalarında ölənlərin sayında KƏSKİN ARTIM – Hansı sahədə təhlükə DAHA BÖYÜKDÜR?

Azərbaycanda iş zamanı baş verən qəzalarda ölənlərin sayı 2 dəfə artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ildə ölkədə 70 nəfər iş zamanı ölüb. 2022-ci ildə isə bu rəqəm 34 idi.

Bundan başqa, istehsalatda bədbəxt hadisələr zamanı əmək qabiliyyətini itirən və ölənlərin sayı 2023-cü ildə 454 nəfər olub. 2022-ci ildə isə bu rəqəm 281 nəfər təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

İş zamanı bədbəxt hadisə ilə üzləşən işçilərə kim KOMPENSASİYA ÖDƏMƏLİDİR?


Bəs aylarla, günlərlə iş axtarıb, evinə çörək aparmaq üçün ağır işdə işləyən vətəndaşların bir anın içində həlak olmasına səbəb nə olur? Azərbaycanda daha çox hansı iş sahəsində bədbəxt hadisə baş verir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, dünyada hər gün 6 mindən çox insan belə qəzaların qurbanı olur:

Hər il iki milyondan çox insan iş qəzaları zamanı ölür

“İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı bütün dünyada mübarizə aparılır. Hər il dünyada istehsalatda 300 milyondan çox bədbəxt hadisə baş verir. Bu hadisələrin nəticəsi olaraq 160 milyondan çox insan da peşə xəstəliyinə məruz qalır. Hər il iki milyondan çox insan istehsalatda baş verən qəzalar nəticəsində həyatını itirir.  Bütün iş yerlərində, istehsal sahələrində təhlükəsizlik məsələsi həmişə ön planda olmalıdır.

İstehsalatda baş verən bədbəxt hadisələrin statistikasında böyük faiz insan səhlənkarlığı, texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitar normaların pozulması yer tutur. Ona görə də mütləq iş yerlərində texniki, əməyin mühafizəsi, yanğın təhlükəsizlik qaydalarına, sanitar normalara ciddi əməl olunmalıdır”.

Azərbaycanda iş qəzalarının ən çox baş verdiyi sahə tikintidir

O, Azərbaycanda iş zamanı bədbəxt hadisələrin ən çoxunun tikinti sektorunun payına düşdüyünü qeyd edib:

“Ondan sonra digər sahələr, emal sənayesi, nəqliyyat, mədənçıxarma və s.-dir. Nəzərə almaq lazımdır ki, tikinti sahəsi təhlükə potensialı, riski yüksək olan sahədir. Burada istifadə olunan avadanlıqlar, qurğular, dəzgahlar, makinalar, hündürlükdə iş, ağır tonnajlı nəqliyyat vasitələri, yük qaldırma və boşaltma əməliyyatları, kimyəvi tərkibli tikinti materialları, qaldırıcı kranlar, yəni burada hər bir görülən işin təhlükə riski var. Ona görə də bu işlər hər biri tam təhlükəsiz formada həyata keçirilməlidir. Hündürlükdə çalışırsa, mütləq təhlükəsizlik kəməri taxılmalıdır”.

Ekspert 2 metrdən yuxarıda görülən işlərin hündürlükdə görülən işlər hesab olunduğunu bildirib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Ən təvazökar hesab edilən 4 BÜRC

Ən təvazökar hesab edilən 4 BÜRC

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar – VİDEO

End of content

No more pages to load

RADİO