BİZİM TƏQVİM: 29 oktyabrda baş vermiş tarixi hadisələr

1993-cü ilin bu günündə Ermənistan silahlı qüvvələri Zəngəzur rayonunu, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrini işğal edib. Zəngilanın 707 kvadratkilometrlik ərazisi (rayon mərkəzi və 93 yaşayış məntəqəsi) erməni qüvvələrinin əlinə keçib, 35 min əhali didərgin düşüb. Erməni təcavüzü zamanı rayonun 200-dək sakini şəhid olub. Nəhayət, 44 günlük nəticəsində 2020-ci ilin oktyabr ayının 20-də Zəngilan işğaldan azad olunub. Və 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilanda Azərbaycan Bayrağını ucaldıb.

20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

Bəs, oktyabrın 29-da dünyada daha hansı hadisələr baş verib?

1. 29 oktyabr 1923-cü ildə Türkiyə Böyük Millət Məclisi tarixi bir iclasla Qurtuluş Savaşından sonra yenidən qurulan dövlətin hökumət sistemini respublika olaraq dünyaya elan etdi. Bu gündən dövlət Osmanlı imperiyası deyil, Türkiyə cümhuriyyəti adlanmağa başladı.  Respublikanın elanı ilə milli qəhrəman, böyük sərkərdə və TBMM-nin sədri Mustafa Kamal Atatürk Türkiyə cümhuriyyətinin ilk başçısı seçildi.

2. Lozanna Sülh Müqaviləsinə əsasən Millətlər Cəmiyyəti Şurasına təhvil verilən Mosul haqqında 1924-cü ilin 29 oktyabrında qərar qəbul edildi: Mosulun İraq ərazisində qalması müəyyən olundu.

3. 29 oktyabr 1929-cu ildə dünya ilk dəfə qlobal diametrdə iqtisadi böhranla tanış oldu: Nyu-York birjasındakı bütün səhmlər dəyərini itirdi və birja çökdü.

4. Amerika Birləşmiş Ştatlarından başlayan “Böyük iqtisadi böhran” Avropa ölkələrini də sardı. 

5. 1933-cü il 29 oktyabrda – Türkiyə cümhuriyyət quruluşunun 10 yaşında ölkə başçısı Mustafa Kamal Atatürk paytaxt Ankaradan tarixi nitqini bütün dünya ilə paylaşdı.

6. 1973-cü ildə İstanbulda Türkiyənin cümhuriyyət elan olunmasının 50 illik yubileyi günündə ölkənin Avropa və Asiya hissələrini birləşdirən Atatürk körpüsünün təntənəli açılış mərasimi keçirildi.

7. Türkiyə Silahlı Qüvvələri PKK terrorçularının keçid xətti üstündə olan Türkiyə-İraq sərhədindəki Sinhat boğazının idarəsini 1992-ci il oktyabrın 29-da ələ keçirdi. Əməliyyatda 90 PKK-lı zərərsizləşdirildi. 

8. SSRİ-dən ayrılıb müstəqilliklərini elan etmiş Qazaxıstan və Türkmənistan ilk səfirliklərini 1992-ci ilin 29 oktyabrında Türkiyədə Ankarada açdılar.

9. 29 oktyabr 1994-cü ildə BMT-nin baş katibi Butros Butros Qali Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti ilə Bakıya səfər edib. Səfər çərçivəsində BMT baş katibi Azərbaycan Prezidenti ilə danışıqlar aparıb, Milli Məclisdə çıxış edib, məcburi köçkünlərlə görüşüb.

10. 29 oktyabr 1998-ci ildə Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistan Xəzər və Orta Asiya neftlərinin qərb bazarlarına Bakı-Tiflis-Ceyhan Neft Boru Xəttiylə çatdırılmasına dair Ankara Bəyannaməsini imzaladılar.

11. 2013-cü ilin 29 oktyabrında İstanbulda Marmaray dəmiryolu xətti açıldı və ilk səfər Üsküdardan Yenikapıya edildi.Marmaray Çinlə İngiltərə arasında kəsilməz dəmiryolu xəttini tamamlamış oldu.

29 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Məşhur dəniz səyyahı, admiral Xristofor Kolumb 1451-ci ilin bu günü anadan olub.1492-1496-cı illərdə Hindistana ən qısa dəniz yolunu axtarmaq məqsədilə İspaniya ekspedisiyasına rəhbərlik edib. Xristofor Kolumbun başçılığı ilə 1493-1496, 1498-1500, 1502-1504-cü illər ekspedisiyalarında Böyük Antil, Kiçik Antil adalarının bir hissəsi, həm də Cənubi və Mərkəzi Amerika sahilləri kəşf olunub. (1451-1506)

2. Ukraynada kəndli hərəkatının rəhbərlərindən Nestor Maxno 29 oktyabr 1889-cu ildə dünyaya gəlib. Onun başçılıq etdiyi hərəkatın 35 minədək iştirakçısı olub. “Hakimiyyətsiz dövlət” şüarı altında çıxış edən Maxno və tərəfdarları almanlara, ağqvardiyaçılara, sonra isə sovet hökumətinə qarşı silahlı mübarizə aparırdılar. Sovet ordusu bu hərəkatı darmadağın etdikdən sonra Nestor Maxno 1921-ci ildə ölkədən mühacirət etdi. (1889-1934)

3. 29 oktyabr məşhur rus yazıçısı Nikolay Çernışevskinin xatirə günüdür.Gəncliyində bir çox inqilabi təşkilatlarda fəaliyyət göstərən N.Çernışevski “İnsan biliyinin xarakteri” fəlsəfi taraktatının, “Nə etməli” romanının müəllifidir.Nikolay Çernışevski 1889-cu ilin bu günü 61 yaşında dünyasını dəyişib. (1828-1889)

4. 29 sentyabr 1953-cü ildə Əməkdar rəssam Rəşid Həsənov (Rəşid Şerif; 1953 – 26.3.2020) Bakının Mərdəkan qəsəbəsində anadan olub. Karikaturaçı və teatr rəssamı kimi tanınıb, Dövlət Yuğ Teatrında çalışıb.

5. 29 sentyabr 1962-cü ildə Əməkdar artist, televiziya diktoru Bəxtiyar Şərifzadə (1962 – 24.6.2016) Qax rayonunda anadan olub.

6. 29 sentyabr 2003-cü ildə ədəbiyyatşünas alim, şair-publisist Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 25.12.1934 – 2003) vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Niyə "ah" çəkirik?

Niyə "ah" çəkirik?

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Bakıdan Xankəndiyə qatarla getmək mümkün olacaq – RƏSMİ AÇIQLAMA/VİDEO

Bakıdan Xankəndiyə qatarla getmək mümkün olacaq – RƏSMİ AÇIQLAMA/VİDEO

Maksimum nəticə əldə edən şagird: Gündə 7 saat dərs oxuyurdum

Maksimum nəticə əldə edən şagird: Gündə 7 saat dərs oxuyurdum

End of content

No more pages to load

RADİO