Arvadını öldürüb körpəsinin qətlini üstünə atıbmış... – YENİ DETALLAR/FOTO

Ötən il 20 yaşlı tələbə Leyla və 9 aylıq körpəsinin əri tərəfindən qətli gündəmi zəbt etmişdi. Heç bir səbəb və ya bəhanənin əsas vermədiyi faciəni törədən Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edildi. Amma məhkəmənin yalnız hökm hissəsi mediaya açıq keçirildi. 

Bizim.Media xəbər verir ki, “qafqazinfo.az” cinayət işinin bəzi detallarını əldə edib. 

İstintaq materiallarında yazılanlardan məlum olub ki, Fərid arvadını qısqanclıq zəminində qətlə yetirib.  

Hadisə günü o, qəddarlıq nümayiş etdirərək körpəsini Leylanın gözləri qarşısında 7 dəfə bıçaqlayıb. Bununla da anaya əzab verib. Daha sonra isə eyni bıçaqla çarpayının üstündə dayanan Leylanın üstünə hücum edib, onun boğazına bıçaqla vuraraq qətlə yetirib. Ən sonda isə intihar niyyəti ilə eyni bıçaqla özünün qarın nahiyəsindan iki zərbə endirib. Leyla hadisə yerində, 9 aylıq Ayla xəstəxanaya aparılarkən vəfat etsə də, Fəridin həyatını xilas etmək mümkün olub. 

Onun cinayətini Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin sədrlik etdiyi hakimlər araşdırıb. 


Fərid məhkəmədə yalnız bir dəfə ifadə verib, onun üçün danışmağın çətin olduğunu əsas gətirərək suallara cavab verməkdən imtina edib. Deyib ki, həyat yoldaşı ilə münasibəti onun atası ilə tanışlığından sonra yaranıb.

Həmin vaxt Leyla Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin ilk kursunda təhsil alırmış. Dediyinə görə, hələ nişanlı vaxtlarında aralarında problemlər yaşanıb, amma sonradan mehriban olublar. Toydan sonra Leylanın təhsilinə maneə yaratmayıb, hər gün özü universitetə aparıb-gətirib. Hadisədən bir müddət əvvəl onda yenə qısqanclıq hissləri baş qaldırıb. Leylanın instaqram səhifəsi üstündə başlanan dava dəhşətli cinayətə gətirib çıxarıb. 


Fərid özünü Leylanın qətlində təqsirli bilib. Amma körpəsini öldürməsini boynuna almayıb. O, israrla iddia edib ki, uşağı müqavimət göstərmək istəyərkən Leyla bıçaqlayıb:


“Həmin vaxt Aylanı yatırmışdıq. Mən Leylanın üstünə gedəndə bıçaq əlimdən düşdü. Bu vaxt Leyla bıçağı götürüb məni vurmaq istəyirdi. Həmin vaxt təsadüfən Aylaya bıçaqla xəsarətlər yetirdi. Birtəhər bıçağı əlindən alıb boğazını kəsdim. Öldüyündən əmin olduqdan sonra Aylaya tərəf çönüb onu da qanın içində gördüm. Buna dözə bilməyib iki bıçaq da özümə vurdum. Ayılanda artıq xəstəxananada idim. Dediyim kimi, Aylanı mən yox, ehtiyatsızlıqdan Leyla vurdu”. 


Leylanın hüquqi varisi qismində tanınmış atası Əlişan İbadov məhkəmədən qızının qatilinin ən ağır formada cəzalanmasını xahiş edib. Atası ifadəsində onu da deyib ki, qızı hamilə olan vaxt Fəridlə arasında münaqişə olub:


“Leyla demişdi ki, ata, Fərid bir dəfə məni boğurdu, mənimlə bərk danışır, üstümə qışqırır”. Fəridin anası da Leylanı xilas etdiyini demişdi”. 

Hüquqi varis hadisənin tam səbəbini bilməsə də, qızının əvvəllər də əri tərəfindən incidildiyini hakimlərin diqqətinə çatdırıb. 

Fərid Leylanı öldürdükdən sonra dayısı oğluna zəng edib. Şahid qismində ifadə verən dayıoğlu deyib ki, Fərid onunla iş yoldaşı olub. Onlar birgə zərgərliklə məşğul olublar:

“Həmin gün Fərid işdən tez çıxdı. İki saat sonra mənə zəng edib dedi ki, bəs Leylanı vurdum, indi də özümü öldürəcəyəm. Ondan sakit olmasını xahiş etsəm də, telefonu söndürdü. Sonrası da məlumdur”.

Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müstəntiqə də bənzər ifadə verib. Həmin vaxt da körpəsini öldürmədiyini bildirib. 


Amma hakimlər onun körpəsini öldürmədiyi ilə bağlı dediklərini inandırıcı hesab etməyiblər. Belə qənaətə gəlinib ki, çarpayıda uzanmış körpənin qarınüstü nahiyəsinə öndən arxaya 3 yanaşı zərbənin və sol kürək altı nahiyəyə arxadan önə 2 yanaşı zərbənin təsadüfən yetirilməsi ağlabatan deyil. 

Məhkəmə hökmdə Fərid Hüseynliyə verilmiş ittihamların hamısını əsaslı hesab edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Smartfonlar bahalaşacaq — Diqqət!

Smartfonlar bahalaşacaq — Diqqət!

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Ən təvazökar hesab edilən 4 BÜRC

Ən təvazökar hesab edilən 4 BÜRC

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

End of content

No more pages to load

RADİO