Elektromobili olanların NƏZƏRİNƏ: Bu ərazilərdə şarj aparatları quraşdırıldı

“Azərişıq” ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələrinin quraşdırılması işlərini davam etdirir. Zəruri infrastruktur yaradılır, şarj aparatları dayanıqlı elektrik enerjisi ilə təchiz edilir. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. 

Qeyd edilib ki, cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar, eləcə də, Bakıda keçiriləcək “COP 29” ərəfəsində paytaxtın əksər rayonlarında şarj aparatları quraşdırılıb. 

"Hazırda 13 məntəqədə: Nərimanov rayonunda “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində, Gənclik metrostansiyası yaxınlığında, Atatürk parkında, Aşıq Molla Cümə küçəsində 215 saylı yarımstansiyanın qarşısında, Yasamalda 120 saylı yarımstansiyada, Səbaildə Nizami küçəsində və “İçərişəhər” yarımstansiyasında, Maştağa elektrik şəbəkəsinin ərazisində yerləşən “Sea Breeze” yaşayış kompleksinin parkinq ərazisində, Xətaidə “Ağ şəhər-1” və “Ağ şəhər-2” yarımstansiyalarında, Xəzər rayonunda Buzovna qəsəbəsində, Nəsimidə “Dağlıq” yarımstansiyasında, Nizami rayonunda Qara Qarayev prospektində enerji doldurma məntəqələri istismara hazır vəziyyətə gətirilib. 
 

Paytaxla yanaşı regionlarda – Şamaxıda Abqora kəndində, Qəbələ RETSİ-nin (rayon enerji təchizatı və satışı idarəsi) qarşısında, Şəkidə Göynük kəndində, 110/35/10 kV-luq “Zaqatala yarımstansiyasında, Tovuzda Asan xidmət mərkəzi yaxınlığında, Göygöldə “Hacıməlik” yarımstansiyasında, Qubada 19 nömrəli yanacaqdoldurma məntəqəsinin yanında, Xızının Yaşma qəsəbəsində məntəqələr quraşdırılıb. 


Qarabağ və Şərqi Zəngəzurda – “Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzində” enerji doldurma məntəqəsi müasir avadanlıqlarla və dayanıqlı elektrik enerjisi ilə təchiz olunub", - məlumatda deyilir. 

Bildirilib ki, “Azərişıq” ASC tərəfindən quraşdırılan yüksək gücə malik sürətli, sabit cərəyanlı məntəqələrdə elektromobillər qısa vaxtda, keyfiyyətli elektrik enerjisi ilə təmin edilir.

"Elektromobilləri şarj etmək üçün istifadə olunan müasir cihazlar ekoloji cəhətdən daha əlverişli olan yaşıl enerji ilə dəstəklənir. 

Vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ekoloji cəhətdən üstün olan elektrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi üçün paytaxtda, regionlarda, eləcə də Qarabağ və Şərqi Zəngəzurda enerji doldurma məntəqələrinin quraşdırılmasına davam edir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Smartfonlar bahalaşacaq — Diqqət!

Smartfonlar bahalaşacaq — Diqqət!

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Ən təvazökar hesab edilən 4 BÜRC

Ən təvazökar hesab edilən 4 BÜRC

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

End of content

No more pages to load

RADİO