Uşaqları bezdirən HAZIRLIQLAR - Dərsdən əlavə məşğələlərə getmək azyaşlılara necə TƏSİR edir?

Bir çox valideyn övladını dərslərdən əlavə məşğələ və hazırlıqlara da qoyur. Məsələn, tez-tez azyaşlıların rəsm, musiqi, idman  və s sahələrdə uğurlarına şahid oluruq. Onların belə məşğələlərə getmələri, hobbi qazanmaqları şəxsi  bacarıqlarına, gələcəklərinə xüsusi təsir edir. 

Amma dərs yükü ilə bərabər, azyaşlıların həm də əlavə məşğələlərə getməsi onları yormurmu?
 

MÖVZU İLƏ BAĞLI:

Adı olub, özü olmayan məktəb psixoloqları - “Direktorlar onlara başqa iş tapşırır”


Psixoloq Ofelya Məmmədova Bizim.Media-ya açıqlamasında qeyd edib ki, yalnız dərs yükü uşağın mənəvi cəhətdən yorulmasına gətirib çıxarır, 7-8 ci siniflərdə artıq uşaqlar dərsdən yayınır və davranış pozuntuları üzə çıxmağa başlayır:

“Mütləq hər bir uşağın maraqlandığı, dərsdən kənar bir hobbisi olur. Valideyinlər uşağın psixologiyasına uyğun olaraq onları boş zamanına uyğun əlavə məşğələlərə yönəldə bilər”.

Müsahibimiz bəzi valideynlərin bunu vaxt itkisi kimi görməsinə də münasibət bildirib:

“Valideynlər bunu bəzən  vaxt itkisi hesab edirlər. Lakin idman, musiqi, rəqs, rəsm kimi dərnəklər uşaqların sağlam inkişafına yönəlmiş fəaliyyət növü olmaqla yanaşı, onların psixoloji və sosial həyat inkişafını sürətləndirir, psixologiyalarına müsbət təsir göstərir”.

Bu hobbilərin təsiri sahədən asılı olaraq necə dəyişir?

Psixoloq ilk olaraq idman sahəsinin təsiri barədə danışıb:

“Müxtəlif növ idmanların uşaq və yeniyetmələrə bir sıra faydaları var. Fərdi idman növləri uşaqların özgüvən hisslərini, şəxsi problemlərini həll edə bilmə qabiliyyətini artırır, kollektiv idman növləri isə sağlam rəqabət mühiti yaradır. Onlar zamanlarından doğru istifadə etməyi öyrənirlər.

Rəsm uşaqlar üçün bir növ özünü ifadə etmə formasıdır. Rəsm çəkmək uşaq üzərində sağ və sol beynin birlikdə çalışması, diqqətinin mərkəzləşməsi və özünə inam hisslərinin formalaşması kimi bir çox müsbət yöndə təsirlər yaradır. Rəsm uşaqlar üçün anlama bacarığının və yaradıcı gücünün ortaya çıxarılmasına kömək edir.

Musiqi uşaqları mənəvi cəhətcə zənginləşdirməklə yanaşı, onların fiziki və intellektual inkişafında, sağlamlığının qorunmasında da mühüm rol oynayır”.
 

Müsahiibimiz vurğulayıb ki, bu cür məşğuliyyətlər uşaqların psixologiyasına uyğun olaraq, düzgün yönləndirilərsə, nəyinki   dərslərinə mane olur, əksinə daxili motivlərini artırırır, bacarıqları ilə yanaşı, güvən qazandırır:


“Bu da uşağın həm təhsildə, həm də gələcək kariyerasında uğur qazanmasına  müsbət təsir göstərir. Hər bir uşağın özunəməxsus müsbət xüsusiyyətləri, dəyərləri vardır. Bu dəyərləri üzə çıxarıb, onlardan bir motivasiya kimi istifadə etməklə onun gələcəkdə uğur qazana bilməsinə şərait yarada bilərik”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Evlənsələr evdə qiyamət qopacaq - Uyğunlaşmayan BÜRCLƏR

Evlənsələr evdə qiyamət qopacaq - Uyğunlaşmayan BÜRCLƏR

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Niyə "ah" çəkirik?

Niyə "ah" çəkirik?

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Bakıdan Xankəndiyə qatarla getmək mümkün olacaq – RƏSMİ AÇIQLAMA/VİDEO

Bakıdan Xankəndiyə qatarla getmək mümkün olacaq – RƏSMİ AÇIQLAMA/VİDEO

End of content

No more pages to load

RADİO