Azərbaycanda vəzifəli şəxslər həbs edildi - 64,3 milyon manat ölkəyə qaytarılmayıb

Xəbər verildiyi kimi xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

İstintaq tədbirləri ilə Azərbaycanda Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə “Fruit Yard” və  Fruit City Group” MMC-ləri tərəfindən ümumilikdə 18,5 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 31.5 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Süleymanov Anar Aydın iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Quba rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə “EA-Fruits” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumilikdə 30.4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 51.8 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Məmmədov Adil Nüsrət oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Quba rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2, *308.2 və digər maddələri ilə başlanmış cinayət işi üzrə “ART GREEN” MMC tərəfindən ümumilikdə 1,3 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 2,2 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əliyev Rəşid Elşad oğlu, Abbasov Ceyhun Şakir oğlu və Əhmədov Elməddin Məhəmməd oğlu cinayət işi üzrə sadalanan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib və onların hər biri barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
 

Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə “TMYB” MMC tərəfindən ümumilikdə 130 min ABŞ dolları pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 221 min manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Nəsirov Hacı Səttar oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə  qətimkan tədbiri seçilib. 


Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Evlənsələr evdə qiyamət qopacaq - Uyğunlaşmayan BÜRCLƏR

Evlənsələr evdə qiyamət qopacaq - Uyğunlaşmayan BÜRCLƏR

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Hər dörd nəfərdən biri ruhi sağlamlığına biganə qalır - ARAŞDIRMA

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Ölümcül infeksiya əlamətləri olan Hantavirus nədir? - Dünya yenidən təşviş içində

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

Mayın 9-u İKİ BÜRC üçün romantizm qapıları açılır

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

"EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

“Qorxa-qorxa gedirəm, maşın aşa bilər” – VİDEO

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Putin: "9 May üçün heç kəsə rəsmi dəvət göndərməmişik"

Niyə "ah" çəkirik?

Niyə "ah" çəkirik?

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Zelenski Qırmızı Meydanla bağlı əmr verdi: silahdan istifadə olunmasın!

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

Çempion “Kəpəz”ə uduzdu - VİDEO

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

İnsan ölümündən bir neçə dəqiqə əvvəl NƏ EŞİDİR?

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Bu gün 9 May - faşizm üzərində Qələbə Günüdür

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Zelenski 3 günlük atəşkəsi və əsir mübadiləsini TƏSDİQLƏDİ

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

Putin Trampla söhbətinin detallarını açıqladı: "Qalib gəldiyimizi xatırladıq"

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

İlqar Mirzəyevin heç yerdə olmayan FOTOSU

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

FİFA “Neftçi”dən transfer qadağasını götürdü

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

“Məhkəmə sonlandı və biz qazandıq, ailə övladlarına qovuşdu” - VİDEO

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Paraüzgüçümüz Berlində bürünc medal qazandı

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Hazırlığa getmədən 300 bal topladı - FOTOLAR

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Sumqayıtda bu yollar bağlı olacaq - SİYAHI

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

Tramp 8 mayı ABŞ üçün Qələbə Günü elan etdi

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Tramp Rusiya və Ukrayna arasında 3 günlük ATƏŞKƏS elan etdi

Bakıdan Xankəndiyə qatarla getmək mümkün olacaq – RƏSMİ AÇIQLAMA/VİDEO

Bakıdan Xankəndiyə qatarla getmək mümkün olacaq – RƏSMİ AÇIQLAMA/VİDEO

End of content

No more pages to load

RADİO