9 ayda 62 milyona yaxın insan xəstəxanalara ÜZ TUTUB – Müraciətlərin çoxalmasına SƏBƏB nədir?

2024-cü ilin ilk 9 ayı ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 62 milyona yaxın tibbi xidmət göstərilib.

Bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına təşkil olunan mediatur zamanı çıxışında deyib.

O bildirib ki, tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 24%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13% çox olub.
 

MÖVZU İLƏ BAĞLI:

Həkim azlığı, avadanlıq çatışmazlığı, yoxsa... – Rayon xəstəxanalarında niyə daha çox ölüm OLUR?


9 ayda 62 milyona yaxın müraciət...

Rəqəm nə dərəcədə ağlabatan görünməsə də, əslində xəstəxanaya nə vaxt getsək uzun sıranı, insanların sıx olduğunu görürük.

Belə çıxır ki, sağlamlıqda olan problemlərdən dolayı xəstələrin sayı çoxalıb?

Radioloq, tibb eksperti Aydın Əliyev Bizim.Media-ya müraciətlərin çox olmasının arxasında gizlənən səbəblərdən danışıb.

“Rəqəmlərin çox olmasının səbəbi bir insanın bir neçə dəfə xəstəxanaya müraciət etməsi ola bilər. Amma hər bir halda müraciətlərin çox olması səhiyyənin mövcud durumunun ürəkaçan olmadığını göstərir. Nə qədər müraciətlər çox olursa, demək problemlər də çoxdur. Əgər bir insan bir neçə dəfə xəstəxanaya müraciət edirsə, ya şikayəti həllini tapmır, ya da xəstəxana, həkim lazımi müayinəni apara bilmir deyə başqa həkimlərə, xəstəxanalara müraciət etməli olurlar”.

Bəs insanlar xəstəxanalara daha çox hansı səbəblərdən dolayı müraciət edirlər?

“Əlimizdə rəsmi statistika olmadığı halda insanların daha çox hansı səbəblərdən xəstəxanalara müraciət etdiyini bilə bilmərik. Amma bu önəmli faktdır. Ona görə də, insanların sağlamlığını özündə ehtiva edən bu cür məlumatların statistikası ictimaiyyətə açıq olmalıdır. Açıq olmadığı təqdirdə problem həll edilə bilməz”,- deyə Aydın Əliyev bildirib.  

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Smartfonlar bahalaşacaq — Diqqət!

Smartfonlar bahalaşacaq — Diqqət!

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Ən təvazökar hesab edilən 4 BÜRC

Ən təvazökar hesab edilən 4 BÜRC

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

Bakıda daha 3 küçə bağlanır – Təmirə görə...

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

BMT rəsmisi İranda edam olunanların sayını açıqladı

End of content

No more pages to load

RADİO