Hacıqabul sakinini ilan sancıb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə Qarasu kəndində qeydə alınıb.
Kənd sakini, 1982-ci il təvəllüdlü Əhmədov Zamir Oruc oğlu ərazidə iş görərkən onu ilan sancıb.
Z.Əhmədov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilan zəhərinə qarşı zərdab vurulub. Zərərçəkən xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Bizim.Media