Yağan qar və müşahidə olunan şaxta səbəbindən Quba-Xınalıq yolunun bəzi hissələrini buz bağlayıb. Səhər saatlarında yolun buz bağlamış 34-38-ci və 47-ci km-də təmizləmə işləri aparılıb və həmin hissələrə duz qarışıq çınqıl tökülüb.
Hazırda nəqliyyat vasitələrinin hərəkətində heç bir maneə yoxdur.
Məlumatı Bizim.Media-ya Qubadakı 5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov verib.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu