Rayon məktəblərində Qarabağ bölgəsinin işğaldan azad olunmuş ərazilərdə erməni vandallarının dağıtdığı tarixi abidələrin keçmişi və bərpadan sonra hazırki vəziyyətini əks etdirən fotoşəkillərin nümayişinə start verilib.
Quba Soyqırımı Memorial Kompleksinin mətbuat katibi Abutalıb Turabov Bizim.Media-ya məlumat verib ki, layihə Quba-Xaçmaz Regional Elm və Təhsil idarəsinin dəstəyi ilə keçirilir.
Məqsəd şagirdlərin tarixi həqiqətləri daha yaxşı öyrənmələrində onlara dəstək olmaqdır.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu