Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Beləliklə, oktyabr ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.
Bizim.Media