Xəbər verdiyimiz kimi Bakı şəhəri, Babək prospektində yerləşən obyektlərdən birində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yanğın baş verən ərazidən yeni görüntülər yayılıb.
Qeyd edək ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Həmçinin əraziyə polis əməkdaşları cəlb olunub. Eləcə də yanğın hadisəsi səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Bizim.Media