Maştağa sakinləri içməli suya HƏSRƏTDİRLƏR – Problem nə vaxt həllini TAPACAQ?

Sabunçu rayonu Maştağa qəsəbəsi, Məmməd Əbdülhəsənov küçəsinə illər əvvəl içməli su çəkilib, hətta evlərə də verilib. Ancaq yaydan etibarən içməli suyun verilişi dayandırılıb.

Məsələ ilə bağlı həmin ünvanda yaşayan sakinlərdən Bizim.Media-ya şikayət daxil olub. Qəsəbə sakini Sabir Əliyevin sözlərinə görə 4 il əvvəl sözügedən əraziyə içməli su çəkilib və sayğaclar quraşdırılıb. Amma su gəlmir:

"Əvvəl heç olmasa qışda su gəlirdi, yayda isə ancaq gecələr içməli su verilirdi. Bu il isə yayın əvvəlindən etibarən içməli su sadəcə 1-2 dəfə gecə 1 saat verilib. Yəni, su yoxdur, camaat ya su maşınına 20-30 manat  verib, çənini doldurur, ya da kəndin içindən qablarla su daşıyırlar".

Vətəndaşın sözlərinə görə, şor su üçün quyulardan istifadə edirlər:

“İçmək üçün isə məsciddən, bulaqlardan su daşıyırıq. Məhəlləmizdən su idarəsinə şikayətlər edilib, baxılacağı deyilsə də, hələ də gəlmir. Kəndin başqa ərazilərində isə bizdən fərqli olaraq içməli su var”.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.  

Qurumdan Bizim.Media-ya bildirilib ki, ərazidə içməli suyun verilməsi üçün bu gün işlərə başlanılacaq:

"Suyun verilməsi ilə bağlı araşdırma aparıldıqdan sonra mövcud problemin həlli istiqamətində işlər görüləcək".

Qeyd edək ki, həmin qəsəbənin Hacı Vasidbəy Xanlarov küçəsində də sakinlər bənzər problemdən əziyyət çəkirlər.

Bu məsələ də qurumun nəzərinə çatdırılıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Kamran İtaliyada belə dincəlir – FOTO

Kamran İtaliyada belə dincəlir – FOTO

Smartfonlar bahalaşacaq — Diqqət!

Smartfonlar bahalaşacaq — Diqqət!

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Ən təvazökar hesab edilən 4 BÜRC

Ən təvazökar hesab edilən 4 BÜRC

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

"Yeraltı"nın ulduzları sevgilidir - 17 yaşlı aktrisanın atası prokururluğa üz tutdu

End of content

No more pages to load

RADİO