“Qəbələ Rayon Mərkəzi Xəstəxanasında reanimatoloq - anestezioloq ixtisasları üzrə kadr çatışmazlığı mövcuddur”.
Bizim.Media xəbər verir ki, bu sözləri Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, həkim çatışmazlığının aradan qaldırılması üçün müvafiq proqramlar həyata keçirilir:
"Bu problemin həlli üçün 3-4 il ərzində müəssisəmizə 10-a yaxın müxtəlif ixtisaslar üzrə həkim cəlb edilib. Həmin bölgələrə digər yerlərdən həkimlərin cəlb olunmaları ilə bu problem aradan qaldırılır".
Günay Şahmar, Bizim.Media