Son iki gündə müşahidə olunan qeyri-sabit hava şəraitindən sonra şimal rayonlarında nisbətən mülayim hava hökm sürür. Bununla belə Quba və Qusar rayonlarının dağ massivlərinə qar yağıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Qusarın Ləzə kəndinin sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, Şahdağ dağ massivinə qar yağıb.
Xatırladaq ki, Şahdağa payızın ilk qarı sentyabrın 13-də yağıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu