Göygöl rayonunda ölümlə nəticələn yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Göygöl-Kəlbəcər yolunda qeydə alınıb.
Hərəkətdə olan "Opel" və "VAZ-21015" markalı iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha dörd nəfər müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu