Tovuzda xəsarətlə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Aşağı Quşçu kəndində hərəkətdə olan "Chevrolet" markalı minik avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq aşıb.
Hadisə zamanı 1982-ci il təvəllüdlü A.Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti stabil qiymətləndirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu