Qusar-Xudat yolunun üstündə yerləşən hotelə gələn turistin “Toyota Land Cruiser” markalı avtomobili qəfildən yanmağa başlayıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, FHN-nin Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi hadisə yerinə yollanıb.
Avtomobilin yanma səbəbi məlum deyil.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.