“Yağışın törətdiyi fəsadlarla bağlı bu gün axşam saatlarında dövlət qurumlarının rəsmilərinin iştirakı ilə müzakirələr aparılacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında bildirib.
Merin sözlərinə görə, iclasda Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, o cümlədən digər qurumların rəsmiləri iştirak edəcəklər.
İclasda yaranmış vəziyyət təhlil olunacaq.
Bizim.Media