Balakəndə ölümlə nəticələnən yanğın baş verib.
Bizim.Media xəbər verir ki, rayonun Xalatala kənd sakini olan 34 yaşlı Qarayev Ramazan Məhəmməd oğlu yaşadığı evin içində ocaq qalayıb və yanıq xəsarətləri alıb.
Xəstəxanaya yerləşdirilən R.Qarayev aldığı xəsarətlər səbəbindən ölüb.
Bildirilir ki, R.Qarayevin psixoloji problemləri olub və hadisə vaxtı evdə tək imiş.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media