Layihə çərçivəsində dörd təqaüd proqramı var və hər bir proqrama 600-700 nəfər müraciət edir, onlardan müəyyən məhdudiyyətlərə görə hər proqram üzrə 50 nəfər seçə bilirik.
Bizim.Media xəbər verir ki, bu sözləri Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində keçirilən tədbirdəki çıxışı zamanı deyib.
O bildirib ki, hazırda proqram üzrə təhsil alan 265 qızın 5-i şəhid xanımıdır.
Qeyd edək ki, bu günədək “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı” üzrə aylıq təqaüd qazanan sosial həssas təbəqəni təmsil edən qızların sayı 265 nəfərdir.
Günay Şahmar, Bizim.Media