Hazırda daha 50 yeni evin tikintisinin getdiyi bu yaşayış məntəqəsinin inkişafı xa0separatçı-terrorçu erməni rejimi üçün xüsusilə vacibdir…
25-ci ildir ki, işğal altında olan Qubadlı rayonunun “İşxanadzor” adlandırılımış Xanlıq kəndində 2017-ci ilin noyabrından başlanmış 50 yeni evin tikintisi davam edir. Moderator.az “KarabakhTV”-yə istinadla yazır ki, bu haqda xa0Xanlıq kəndinin qanunsuz erməni başçısı Arsen Telunts jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2016-2017-ci illərdə xa0qondarma separatçı-terrorçu rejim və ”Kaşataq” xa0xeyriyyə fondunun dəstəyi xa0ilə kənddə bir 18 mənzilli bina və 22 yaşayış evi inşa edilib. A.Telunts əlavə edib ki, “Tüfenkyan” xeyriyyə fondu və “Hayrener” ictimai təşkilatı da xa0yaşayış evləri, məktəb tikintisi xa0və digər layihələrin həyata keçirilməsinə öz töhfələrini veriblər. Ötən il 3 mərtəbəli məktəb binası təmir edilib. Hazırda xa0məktəbdə 105 şagird var. Lakin Xanlığı zəbt etmiş ermənilərin uşaq bağçası xa0problemi mövcuddur.

Separatçı rejimin nümayəndəsi Xanlıq xa0kəndində meyvə ağaclarından ibarət 10 hektarlıq yeni bağ salınacağını da qeyd edib. 30 hektar ərazi kol-kosdan təmizlənərək tərəvəz və digər məhsulların istehsalı üçün istifadə olunacaq. İlkin razılaşmaya görə, istehsal ediləcək meyvə və tərəvəz xa0Xankəndindəki “Artsakh Fruit” konserv zavoduna satılacaq.xa0
“Kənddə xa0donuz və quş fermaları da inşa edilməkdədir. Tikinti işləri artıq başlayıb. xa0Quşçuluq fermasında inkubator şöbəsi də olacaq. Bütün bunlar kəndliləri yeni iş yerləri ilə təmin edəcək və xa0kəndə gəlir gətirəcək. Həmçinin, kəndin iki xa0məhəlləsini birləşdirmək üçün Həkəri çayı üzərində xa0körpü xa0də inşa edilir”,- deyə Azərbaycan kəndinin erməni rəhbəri söyləyib.

Xəbərdə vurğulanır ki, xa0Xanlıq kəndi - “Kaşataq rayonunun”(Laçın, Qubadlı, Zənglilan ərazisi) xa0cənubunda xa0Həkəri və Bərgüşad çaylarının xa0daxili sahillərində mərkəz rolunu oynayır. xa0Laçın-Zəngilan və Gorus-Hadrut yollarının kəsişməsində yerləşən kənd strateji əhəmiyyətə malikdir və bu yaşayış məntəqəsinin inkişafı xa0erməni “hakimiyyət” orqanları üçün xüsusilə vacibdir.xa0
Sultan Laçın