Suraxanı rayonunun Hövsan Südçülük sovxozu adlandırılan ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müvafiq qərar verib.
Nəticədə Agentliyin və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin birgə iştirakı ilə özbaşına tikili sökülüb və ərazi nəzarətə götürülüb.
Həmçinin həmin ərazidə naməlum şəxslər tərəfindən bir neçə zəbt edilmiş torpaq sahələri zəbtdən azad edilib və ərazi əvvəlki vəziyyətinə qaytarılıb.



Bizim.Media