Lənkəranda bir neçə gün əvvəl baş verən qəzada xəsarət alan piyada ölüb.
Bizim.Media xəbər verir ki, Astara rayonunun Kolatan kənd sakini, 1995-ci il təvəllüdlü Anar
Bəxtiyar oğlu Ağarzazadə aldığı xəsarətlərdən Bakı şəhərində xəstəxanaların birində dünyasını dəyişib.
Qeyd edək ki, hadisə Lənkəran şəhərində dəniz kənarında baş vermişdi. Hərəkətdə olan "DAEWOO" markalı minik avtomobili piyada A.Ağarzazadəni vurmuşdu. Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu