Şəmkirdə avtomobillərdən birinin yanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına qəza, rayonun Çənlibel kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ" və "Ford" markalı iki minik avtomobillərinin toqquşması zamanı avtomobillərdən birində anidən alışma baş verib və nəticədə ”VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Hadisə yerinə FHN-in Yanğından Mühafizə İdaərsinin Şəmkir rayon bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Digər avtomobil yanğından mühafizə olunub, yanğın söndürülüb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu