“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTO

İnnovasiya və sürət lideri “Bakcell”in tərəfdaşı olduğu “INMerge” İnnovasiya Sammiti uğurla davam edir. Tədbirin ilk günündə “Bakcell”in baş icraçı direktoru Klaus Müller "Aparıcı telekom şirkətlərinin uğurlu strategiyaları" adlı panel müzakirəsinə qatılıb.

 Bizim.Media xəbər verir ki, tədbirdə Klaus Müller ilə yanaşı, “Vodafone Group”un regional direktoru Yohannes Hummer, “GSMA”nın strateji əlaqələr üzrə direktoru Tair İsmailov və “Silknet”in İT direktoru Cheibanny Nagi də iştirak edib.

Sessiyada çıxışı zamanı  Klaus Müller “Bakcell” həyata keçirdiyi innovativ layihələr və məhsullar, gələcək planlar, həmçinin şirkətin “Vodafone Group”la olan strateji tərəfdaşlığının əhəmiyyəti barədə ətraflı məlumat verib.

Bildirilib ki, “Bakcell” və “Vodafone Group” arasında əməkdaşlıq ölkəmizdə abunəçilərə süni intellekt əsaslı innovativ həllər və texnologiyalar təqdim etməyə imkan verəcək. Qeyd olunub ki, “Vodafone Group”la əməkdaşlıq çərçivəsində artıq “Bakcell” Azərbaycanda ilk dəfə süni intellekt əsaslı tarif məsləhətçisini istifadəyə verib. İştirakçılara “Bakcell”in “Kapital Bank” və “Uber”lə birgə həyata keçirdiyi layihələr barədə məlumatlar təqdim olunub.


 Bundan əlavə, “Bakcell” “INMerge” İnnovasiya Sammitində olan stendi qonaqların böyük marağına səbəb olub. Ziyarətçilər stenddə “Bakcell”in ultrasürətli şəbəkəsini sınaqdan keçirib, virtual reallıq (VR) texnologiyası, şirkətin müxtəlif məhsul və xidmətləri ilə tanış olublar.

Tədbir çərçivəsində, həmçinin “Bakcell”in süni intellekt dəstəkli çat-botu təqdim edilib.
 

Qeyd edək ki, oktyabrın 10-11-i tarixlərində keçirilən “INMerge” İnnovasiya Sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.


“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

Sabah dənizdə çimmək mümkün olacaq? – ÇİMƏRLİK HAVASI

Sabah dənizdə çimmək mümkün olacaq? – ÇİMƏRLİK HAVASI

Sürücülərin nəzərinə: Bu küçələrdə hərəkət TAM MƏHDUDLAŞDIRILIR

Sürücülərin nəzərinə: Bu küçələrdə hərəkət TAM MƏHDUDLAŞDIRILIR

Bu məktəblər üzrə vakansiya seçimi BAŞLAYIR

Bu məktəblər üzrə vakansiya seçimi BAŞLAYIR

Ceyhun Bayramov Kiyevdə Kirill Budanov ilə görüşdü - FOTO

Ceyhun Bayramov Kiyevdə Kirill Budanov ilə görüşdü - FOTO

İlisuda Ramramay şəlaləsinə giriş niyə ödənişlidir? - RƏSMİ CAVAB

İlisuda Ramramay şəlaləsinə giriş niyə ödənişlidir? - RƏSMİ CAVAB

Livan-İsrail danışıqlarının 7-ci raundu BAŞLADI

Livan-İsrail danışıqlarının 7-ci raundu BAŞLADI

Hacıqabulda "Nissan" beton arakəsməyə çırpıldı – Ölən var - FOTO

Hacıqabulda "Nissan" beton arakəsməyə çırpıldı – Ölən var - FOTO

Məhkəmə blogerin Səidə Bəkirqızına qarşı şikayətini RƏDD ETDİ

Məhkəmə blogerin Səidə Bəkirqızına qarşı şikayətini RƏDD ETDİ

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat aldı

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat aldı

TƏBİB: Zərdabdakı qəzada xəsarət alan qadınlar Bakıya göndərilir

TƏBİB: Zərdabdakı qəzada xəsarət alan qadınlar Bakıya göndərilir

Xanım Sultanova yüksək vəzifəyə təyin edildi

Xanım Sultanova yüksək vəzifəyə təyin edildi

Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - AMB-dən açıqlama

Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - AMB-dən açıqlama

İcra başçısı üç qurumu birləşdirdi, yeni rəis təyin etdi

İcra başçısı üç qurumu birləşdirdi, yeni rəis təyin etdi

Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə SATILDI

Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə SATILDI

Məhəmməd Salah “Trabzonspor”la müqavilə imzaladı – Qazanacağı məbləğin DETALLARI

Məhəmməd Salah “Trabzonspor”la müqavilə imzaladı – Qazanacağı məbləğin DETALLARI

Rəsmi Bakı Yamaykanı təbrik etdi - FOTO

Rəsmi Bakı Yamaykanı təbrik etdi - FOTO

Bakının mərkəzi küçəsi BAĞLANIR: 6 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Bakının mərkəzi küçəsi BAĞLANIR: 6 marşrutun hərəkət istiqaməti dəyişdirilir

"Bəniz" ləqəbli tiktokerə ağır HÖKM OXUNDU

"Bəniz" ləqəbli tiktokerə ağır HÖKM OXUNDU

Sürücülərin imtahan nəticələri AÇIQLANDI

Sürücülərin imtahan nəticələri AÇIQLANDI

End of content

No more pages to load

RADİO