Respublika ərazisində bu gün temperaturun enməsi gözlənilir.
Bizim.Media xəbər verir ki, paytaxtda və yarımadada gecə 14-17° isti, gündüz 18-21° isti olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış gözlənilir. Ayrı-ayrı yerlərdə leysan, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar ehtimalı var.
Bölgələrdə gecə 12-16° isti, gündüz 17-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti təşkil edəcək.
Arabir duman müşahidə ediləcək.
Bizim.Media