Məhəmməd Peyğəmbər ermənilərlə bağlı nə yazıb? - FOTO

“Fotoda göstərilən sənədi erməni sosial mediasında, qəzetlərində, saytlarında, hətta ciddi konfranslarda paylaşıb iddia edirlər ki, guya bu sənəd Məhəmməd Peyğəmbərin (s.ə.s) Qüds şəhərində olan erməni patriarxlarına yazdığı məktub və ermənilərlə bağlı sərəncamıdır. Erməni alimlərin iddiasına görə, 626-cı ildə Qüds partirarxı Apraam 40 nəfərlə birgə Məkkəyə gəlib, Peyğəmbər (s.ə.s) ilə görüşüb və İslamın yayılması üçün öz köməklərini təklif ediblər”.

Bizim.Media globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev deyib.

O, ermənilərin növbəti yalanını belə ifşa edib:

“Görüşün sonunda da guya Peyğəmbər (s.ə.s) onlarla bağlı belə sərəncam verib:

“Dünyada yeganə torpaqları və inancları əlindən alına bilinməz olan xalq erməni xalqıdır. Mən Abdullahın oğlu, peyğəmbər və Allahın qulu olan Məhəmməd, Patriarx Apraama hörmət edirəm. Mən Məhəmməd peyğəmbər, Allahın şahidi və ətrafımdakı 30 nəfərlə birlikdə Qüdsün hər yerində olan erməni kilsələrini harada olmalarından asılı olmayaraq, toxunulmaz elan edirəm. Bütün bunları Peyğəmbər olaraq öz adımdan və müsəlman möminlərimin adına bəyan edirəm”.

İndi isə gəlin, bu yalanı ortaya çıxaraq. Birinci soldakı fotonu ermənilər paylaşır, amma fotonun əsli sağdakıdır. Hiss edilir ki, erməni fotoşopları burada yaxşı işləyiblər. Eyni zamanda, bu sənədi tərsinə qoyaraq paylaşırlar ki, onu oxumaq çətin olsun. Reallıqda isə bu sərəncam Qüdsün xilaskarı sayılan Səlahəddin Əyyubinin məktubu və sərəncamıdır. Sağdakı orijinal fotoda bunu asanlıqla görmək olar. Bu sərəncam Qüdsdə xristian məbədlərinə zərər verilməməsi ilə bağlıdır və ermənilərə aidiyyəti yoxdur”.


Tarixçinin dediklərinə görə, saxta foto 2002-ci ildə Kanadanın Monreal şəhərində yaşayan Qarbis Harboyan tərəfindən Livanın Beyrut şəhərindəki erməni qəzeti “Aztaq”da dərc edilib:

“Müəllif yazıda istinadı Dikran Sayalanians tərəfindən 1931-ci ildə Yerusəlim erməni Patriarxlığı tərəfindən nəşr edilmiş ikicildlik, 1385 səhifəlik “Qüds tarixi” kitabından götürüb tərcümə edilməsinə edir. Dikran da 30-cu illərdə onu məqalə kimi dərc edib və 1979-cu ildə Amerikadakı erməni qəzetləri təkrar yayıblar. Müəllif də Dikran Sayalaniansa istinad edərək, yenidən onu 2002-ci ildə gündəmə gətirib”.

Zaur Əliyev deyib ki, o kitabı axtarsa da, orijinal nüsxəsini onlayn olaraq tapa bilməyib:

“Bununla bağlı bir neçə kitabın olma ehtimalı olan kitabxanalara yazdım və mənə yazılan cavablarda kitabda belə bir yazının olmadığını bildirdilər. Məktubla bağlı verilən cavabların da surətini paylaşıram və orda yazılır:

“Belə fərmanın olması ehtimalı çox azdır. Əgər hər hansı bir “sarımtıl nüsxə” varsa, bu, çox güman ki, Osmanlı və ya Abbasilər dövrünün saxtakarlığıdır. Məhəmmədin məktubları və fərmanları ilə bağlı Osmanlı dövrünün başqa məşhur saxtakarlıqları da olub”.

İkinci bir cavabı da təqdim edirəm:

“Məhəmməd Peyğəmbər (s.ə.s) heç oxumağı və yazmağı bacarmırdı. Onun fərman verməsinin mümkün olduğunu düşünmürəm. Bu yazının müəllifinin özünün qeyd etdiyinə görə, siyasi gündəmi olması daha realdır: Türkiyə və Azərbaycanın İslam dünyasında yaydığı anti-erməni təbliğatına qarşı çıxmaq”.

Məncə, aldığım cavablar erməni yalanlarının üzə çıxarılması üçün kifayət edər”.


Alimin fikrincə, ermənilər özləri də bilmədən Peyğəmbəri (s.ə.s) bu yazı ilə irqçi kimi təqdim etməyə cəhd edirlər:

“Axı Peyğəmbər Qurana zidd danışa bilməyəcəyinə görə onun heç zaman irqi, dini ayrı-seçkilik salması mümkün deyil. Peyğəmbər rasizmə heç vaxt yol verə bilməz. O bir milləti digərlərindən üstün, yaxud aşağı tuta bilməzdi. Hansı millət olursa olsun, Peyğəmbərin (s.ə.s) xüsusi himayəyə götürməsi dinin özünə belə zidd idi. Elə Qurandan irəli gələn əsas tələb də bu idi: “Üstünlük ancaq və ancaq Allah qarşısında əməllərimlə ölçülür”. Deməli, buradan aydın olur ki, ermənilər bunu islam dünyasının özünə belə yönələn bir təhqir olduğunu bilərək, yaxud bilmədən yazıb paylaşırlar…

Erməni alimi Papazyan guya Məhəmməd Peyğəmbərin adından yazılmış məktublar barədə qeyd edir:

“Sənədin mətni təhrif edilib və bir çox qrammatik və orfoqrafik səhvlərlə yazılıb, eyni sənədin Matenadaranda saxlanılan başqa bir nüsxəsi də savadsız və dəyişkən əlyazma ilə yazılıb. Bu sənədlərin yüzlərlə nüsxələri Ermənistanda və Türkiyədə sıx məskunlaşmış erməni mərkəzlərində yayılıb”.

Məhəmməd Peyğəmbər (s.ə.s) Qüds ermənilərinə heç vaxt məktub göndərməyib. Əgər belə olsa idi, qədim islam mənbələrində də bu məsələyə toxunulardı. Belə fakt isə heç bir islam mənbələrində yoxdur və olmayacaq!”

Tarixçi son olaraq onu da qeyd edib ki, əgər ermənilər islam Peyğəmbərinə (s.ə.s) belə hörmət edirdilərsə, o zaman Ağdam, Şuşa və digər işğal edilən torpaqlarımızda məscidləri dağıtmaz, orada donuz saxlamaz, qəbirləri söküb aparmaz və dini abidələri yerlə yeksan etməzdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

Sabah dənizdə çimmək mümkün olacaq? – ÇİMƏRLİK HAVASI

Sabah dənizdə çimmək mümkün olacaq? – ÇİMƏRLİK HAVASI

Sürücülərin nəzərinə: Bu küçələrdə hərəkət TAM MƏHDUDLAŞDIRILIR

Sürücülərin nəzərinə: Bu küçələrdə hərəkət TAM MƏHDUDLAŞDIRILIR

Bu məktəblər üzrə vakansiya seçimi BAŞLAYIR

Bu məktəblər üzrə vakansiya seçimi BAŞLAYIR

Ceyhun Bayramov Kiyevdə Kirill Budanov ilə görüşdü - FOTO

Ceyhun Bayramov Kiyevdə Kirill Budanov ilə görüşdü - FOTO

İlisuda Ramramay şəlaləsinə giriş niyə ödənişlidir? - RƏSMİ CAVAB

İlisuda Ramramay şəlaləsinə giriş niyə ödənişlidir? - RƏSMİ CAVAB

Livan-İsrail danışıqlarının 7-ci raundu BAŞLADI

Livan-İsrail danışıqlarının 7-ci raundu BAŞLADI

Hacıqabulda "Nissan" beton arakəsməyə çırpıldı – Ölən var - FOTO

Hacıqabulda "Nissan" beton arakəsməyə çırpıldı – Ölən var - FOTO

Məhkəmə blogerin Səidə Bəkirqızına qarşı şikayətini RƏDD ETDİ

Məhkəmə blogerin Səidə Bəkirqızına qarşı şikayətini RƏDD ETDİ

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat aldı

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat aldı

TƏBİB: Zərdabdakı qəzada xəsarət alan qadınlar Bakıya göndərilir

TƏBİB: Zərdabdakı qəzada xəsarət alan qadınlar Bakıya göndərilir

Xanım Sultanova yüksək vəzifəyə təyin edildi

Xanım Sultanova yüksək vəzifəyə təyin edildi

Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - AMB-dən açıqlama

Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - AMB-dən açıqlama

İcra başçısı üç qurumu birləşdirdi, yeni rəis təyin etdi

İcra başçısı üç qurumu birləşdirdi, yeni rəis təyin etdi

Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə SATILDI

Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə SATILDI

Məhəmməd Salah “Trabzonspor”la müqavilə imzaladı – Qazanacağı məbləğin DETALLARI

Məhəmməd Salah “Trabzonspor”la müqavilə imzaladı – Qazanacağı məbləğin DETALLARI

Rəsmi Bakı Yamaykanı təbrik etdi - FOTO

Rəsmi Bakı Yamaykanı təbrik etdi - FOTO

Bakının mərkəzi küçəsi BAĞLANIR: 6 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Bakının mərkəzi küçəsi BAĞLANIR: 6 marşrutun hərəkət istiqaməti dəyişdirilir

"Bəniz" ləqəbli tiktokerə ağır HÖKM OXUNDU

"Bəniz" ləqəbli tiktokerə ağır HÖKM OXUNDU

Sürücülərin imtahan nəticələri AÇIQLANDI

Sürücülərin imtahan nəticələri AÇIQLANDI

End of content

No more pages to load

RADİO