Oktyabrın 12-də saat 18 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1960-ci il təvəllüdlü Əliövsət Səfərova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 1967-ci təvəllüdlü Teymur Qulubəyov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.
İnsidentlə bağlı araşdırma aparılır.
Bizim.Media