Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, oktyabrın 13-ü səhər saatlarında Qubanın Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu