Qəbələdə dördüncü sinif şagirdini maşın vurub. Yol-nəqliyyat hadisəsi məktəblilər dərsdən evə dönərkən baş verib.
Bizim.Media-nın yerli bürosu DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, qəza hadisəsi Ağdaş-Qəbələ avtomobil yolunun rayonun Aydınqışlaq kəndi ərazisində keçən hissəsində baş verib.
Belə ki, rayon sakini Təbib Təbibov idarə etdiyi “Volkswagen” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 9 yaşlı Hikmət İsmayılovu vurub.
Azyaşlı aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başlanılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu