Ötən günlərlə müqayisədə şimal bölgəsində havanın temperaturu xeyli aşağı düşüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qubanın dağ kəndi Xınalıqda da qeyri-sabit hava şəraiti hökm sürür.
Hazırda bu yaşayış məntəqəsində havanın temperaturu +14 dərəcə təşkil edir.
Sakinlərin sözlərinə görə, Xınalıq ənənəvi payızını yaşayır. Gah narın-narın, gah da artan payız yağışının fonunda Tufandağa yağan qar unikal Xınalığa xüsusi gözəllik verir.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu