Masallıda yol-nəqliyyat hadisəsi baş verdib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara istiqamətində hərəkətdə olan "Mercedes VİTO" markalı minik avtomobili yolu keçmək istəyən piyada Masallı rayonunun Sərçuvar kənd sakini 1980-cı il təvəllüdlü Məhərrəm Əlihüseyn oğlu Seyfiyevi vurub.
Sürücü ağır xəsarət alan piyadanı avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb. Buna baxmayaraq piyada aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu