Hacıbəy Heydərli: “Sosial mediada yayımlanan məlumatlara şübhəli yanaşmaq lazımdır”

"Sosial medianın inkişafı həm də istifadəçilərin informasiya əldə etmək imkanlarını artırır. Artıq Facebook və instagramda xəbər səhifələri, tiktok ve telegramda xəbər kanalları da informasiya daşıyıcısı hesab edilir və əhali çox vaxt məlumatı ordan alır. Və həmin platformalarda yayımlanan dezinformasiyalar, fake newslar çox vaxt ümumilikdə Azərbaycan mediasının adına yazılır və jurnalistlər hədəf seçilir. 

Bizim.Media azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda deyib. 

O bildirib ki, media subyektləri də sosial şəbəkələrdə fəal olmalı və dezinformasiya, "feyk nyus”ların qarşısını almağa çalışmalıdır: 

"Düşünürəm ki, çağdaş media və media nümayəndələri yalnız informasiya yayımını düşünməli deyil, eyni zamanda yayımladığı xəbərləri oxutmaq istiqamətində də sosial şəbəkələrdən fəal istifadə etməlidir. Bu həm də sosial şəbəkələrdə peşəkarlığın artırılmasına gətirib çıxaracaq.

Sosial media ilə rəqabət üçün ilk növbədə peşəkar jurnalistlər, media subyektləri həmin platformalarda fəal olmalıdır.  

Hacıbəy Heydərli bildirib ki, sosial media fəalları ilə də aktiv iş aparılmalıdır:  

"Sosial şəbəkələrdə peşəkarlığın artırılması üçün də gənc jurnalistlər, səhifə, kanal sahibləri və aktiv sosial media istifadəçiləri arasında mütəmadi maarifləndirmə işləri aparılılmalıdır. Bu xüsusda Mətbuat Şurasının Sosial media ilə əlaqələr komissiyası olaraq sosial şəbəkədə fəal olan şəxslərdə görüşlər keçirilib, onlara jurnalistikanın etik kodeksləri haqda məlumat verilib, maarifləndirmə işləri aparılıb. 

Mətbuat Şurası İdarə Heyətinin üzvü qeyd edib ki, sosial şəbəkələrdə neqativ hallara da çox rast gəlinir:  

"Ancaq onu da qeyd etmək lazımdır ki, bu gün də biz sosial şəbəkələrdə qeyri-peşəkarlıq, etik kodekslərin pozulması, yayımı qanunla qadağan edilən məlumatların, videoların, fotoların yayımı ilə rastlaşırıq. İnstagram və tiktokda fəaliyyət göstərən xəbər kanallarında qanunsuz mərc oyunlarının reklamı, ekstrasenslərin, falçıların təbliği, insanların şəxsi həyatlarının, intim görüntülərinin yayımına rast gəlirik.
 

Bütün bunlar yolverilməzdir və bu kimi halların qarşısının alınması üçün peşəkar jurnalistlərin də üzərinə yük düşür. Media subyektləri heç bir halda sosial şəbəkələrdəki ucuz və populist reytinqin arxasınca getməməli və hər bir məlumatı dəqiqləşdirib yayımlamalıdır.


Cəmiyyətin də peşəkar mediadan gözləntiləri bundan ibarətdir. Peşəkar media ilk növbədə cəmiyyətin mənafeləri mövqeyindən çıxış etməli və onu qorumalıdır. Cəmiyyətimiz də bu məsələdə diqqətli olmalı və sosial mediada yayımlanan hər bir məlumata şübhəli yanaşmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Səbail" Slavik Alxasovu transfer etdi

"Səbail" Slavik Alxasovu transfer etdi

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Ceyhun Bayramov İqor Klimenko ilə görüşdü: Nələr müzakirə olundu? - FOTO

Ceyhun Bayramov İqor Klimenko ilə görüşdü: Nələr müzakirə olundu? - FOTO

Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi

Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi

İmişlidə faciə: Velosiped sürən uşaq traktorun altında qaldı

İmişlidə faciə: Velosiped sürən uşaq traktorun altında qaldı

Nazirin İrpen şəhərinə səfəri ilə bağlı XİN-dən MƏLUMAT - FOTO

Nazirin İrpen şəhərinə səfəri ilə bağlı XİN-dən MƏLUMAT - FOTO

Van Dammın son görüntüləri gündəm oldu – VİDEO

Van Dammın son görüntüləri gündəm oldu – VİDEO

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

Sabah dənizdə çimmək mümkün olacaq? – ÇİMƏRLİK HAVASI

Sabah dənizdə çimmək mümkün olacaq? – ÇİMƏRLİK HAVASI

Sürücülərin nəzərinə: Bu küçələrdə hərəkət TAM MƏHDUDLAŞDIRILIR

Sürücülərin nəzərinə: Bu küçələrdə hərəkət TAM MƏHDUDLAŞDIRILIR

Bu məktəblər üzrə vakansiya seçimi BAŞLAYIR

Bu məktəblər üzrə vakansiya seçimi BAŞLAYIR

Ceyhun Bayramov Kiyevdə Kirill Budanov ilə görüşdü - FOTO

Ceyhun Bayramov Kiyevdə Kirill Budanov ilə görüşdü - FOTO

İlisuda Ramramay şəlaləsinə giriş niyə ödənişlidir? - RƏSMİ CAVAB

İlisuda Ramramay şəlaləsinə giriş niyə ödənişlidir? - RƏSMİ CAVAB

Livan-İsrail danışıqlarının 7-ci raundu BAŞLADI

Livan-İsrail danışıqlarının 7-ci raundu BAŞLADI

End of content

No more pages to load

RADİO